Təyyarədən 1,2 milyon dollar oğurlandı

Təyyarədən 1,2 milyon dollar oğurlandı
  27 İyun 2013    Oxunub:1386
Pulun kimə məxsus olduğu açıqlanmır
ABŞ-da bənzəri filmlərdə təsvir edilə biləcək bir soyğunçuluq baş verib. Nyu¬-York JFK aeroportuna enən təyyarədən 1,2 milyon dollar pulun oğurlandığı əlum olub. İsveçrəyə məxsus təyyarədən oğurlanan pulun kimə aid olduğu, yaxud nədən təyyarədə daşındığı açıqlanmır. Lakin, pulun 1 Amerika bankının isveçrədəki şöbəsindən mərkəzə transfer edildiyi iddia olunur. Oğurlanan pulların 100 dollarlıq əskinazlar olduğu bildirilir. Təyyarə Nyu-Yorka enəndən sonra soyğun faktı aşkarlanıb. Federal Tədqiqat bürosu oğurluğun harada gerçəkləşdirildiyi ilə bağlı bilgi vermir. Tədqiqat aparan tetkililər təyyarənin karqo bölməsinə girən texniki işçiləri uçuş ekipajını və digər aeroport personalını istintaqa cəlb edib.


Teqlər:  





Xəbər lenti