Xaricdə dini təhsil alanlara qadağa - 5 min cərimə, 5 il həbs
Həmin maddəyə görə, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Bundan başqa, həmin əməllər təkrar, habelə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


