KİV-lərə yeni qadağa: Bu məlumatları yaymaq olmaz
Qanuna əsasən, aşağıdakı məlumatların yayılmasına yol verilmir:
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
- Dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.
Kütləvi informasiya vasitələrinin işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar. (Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


