Azərbaycanda matəm elan olundu

Azərbaycanda matəm elan olundu
  06 Dekabr 2015    Oxunub:10388
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev SƏRƏNCAM verib.

6 dekabr 2015-cı il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.

Qeyd edək ki, dekabrın 4-də Xəzərdəki "Günəşli” yatağında baş vermiş qəzada 32 nəfər xilas olunub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.

Hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb cinayət işi açılıb. Qəzada itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

* * *

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında sərəncamında qeyd edilib:

`2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:

2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin`

AzVision.az


Teqlər:  



Xəbər lenti