Prezident matəmlə bağlı sərəncam imzaladı

Prezident matəmlə bağlı sərəncam imzaladı
  06 Dekabr 2015    Oxunub:3867
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamda qeyd edilib:

`2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram:

2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin`

AzVision.az




Teqlər:  



Xəbər lenti