Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi
  06 Dekabr 2015    Oxunub:1754
Türkiyənin Azərbaycandakı səfirliyi Günəşli yatağında baş verən faciə ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda deyilir:

"Şiddətli qasırğanın Xəzər Dənizindəki Günəşli yatağının 10 saylı platformasında qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğına yol açdığını və meydana gələn yanğının insanların ölümü ilə nəticələndiyini dərin kədər hissi ilə öyrəndik.

Yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirik. Türkiyə, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanındadır və zəruri dəstəyi verməyə hazırdır".

AzVision.az


Teqlər:



Xəbər lenti