`Neftçilərin sağlamlığı ilə bağlı problem yoxdur` - Əli Əhmədov

`Neftçilərin sağlamlığı ilə bağlı problem yoxdur` - Əli Əhmədov
  07 Dekabr 2015    Oxunub:2675
Müalicə olunan neftçilərin sağlamlığı ilə bağlı hər hansı problem yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, həkimlər bütün tədbirləri görüblər, neftçilərin müalicələri aparılır:

"Bir neçə neftçi elə bu gün də evə buraxıla bilər, amma həkimlər təkid edirlər ki, onlar bir neçə gün də həkim nəzarətində qalsınlar. Xüsusilə də baş vermiş hadisə ilə əlaqədar zərərçəkmişlərdə yaranmış psixoloji gərginliyi unutdurmaq lazımdır".

Baş nazirin müavini qeyd edib ki, burada müalicə olunan 13 nəfər neftçinin heç birinin sağlamlığı ilə bağlı hər hansı problem yoxdur: "Onların həyatına hər hansı bir təhlükə yoxdur. Çox qısa zamanda onların əksəriyyəti evə buraxılacaq".

Qeyd edək ki, Əli Əhmədov bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçilərə baş çəkib.

AzVision.az


Teqlər:  



Xəbər lenti