İcra başçısının qalmaqallı fotosu ilə bağlı Açıqlama
Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov AzVision.az-a bildirib ki, icra başçısının fotosu Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib.
“Həmin foto iki il öncə Gül bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib. 10 may Gül bayramı ilə əlaqədar olaraq Səlyan rayonunun məktəbləri, təhsil müəssisələrinin hazıladıqları tədbir zamanı ora gələn bütün şəxslər, şura üzvləri, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının işçiləri bu gül çələnginin altından keçib sərginin keçirildiyi məkana daxil olublar. Fotodan da görünür ki, Tahir müəllimin yanında digər hüquq mühafizə orqanlarının işçiləri də var. Arxada isə ictimaiyyətin nümayəndələrinin göründüyü foto da əks olunub”-deyə Rəşad Cəbrayılov qeyd edib.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


