Müalicə alan iki neftçi evə buraxılacaq

Müalicə alan iki neftçi evə buraxılacaq
  08 Dekabr 2015    Oxunub:1443
“ “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan 13 neftçinin vəziyyəti stabildir”.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev deyib. Onun sözlərinə görə, qəza baş verdiyi gün 8 nəfər, dünən isə 5 nəfər xəstəxanaya müraciət edib:

“Onların səhhətində ciddi problem yoxdur. Bu gün 1959-cu il təvəllüdlü Rəcəbov Mərdan, 1968-cil il təvəllüdlü Əliyev Ənvər səhhətləri normal olduğuna görə evə buraxılacaqlar. Ambulator müalicəyə buraxılan neftçilərin əksəriyyəti dünən yenidən müayinə olunaraq evə buraxılıblar”.
AzVision.az


Teqlər:



Xəbər lenti