Bələdiyyələrlə bağlı qadağalar sərtləşdirilir

Bələdiyyələrlə bağlı qadağalar sərtləşdirilir
  08 Dekabr 2015    Oxunub:1917
"Bələdiyyə qulluğu haqqında" qanuna dəyişikliklər ediləcək.
AzVision.az xəbər verir ki, dəyişikliklər layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə bildirib ki, təklif olunan dəyişikliyə əsasən, vəzifələrin icrası zamanı "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunda nəzərdə tutulan hüquqpozmaları törətmək və qulluqla bir araya sığmayan hərəkətlərə yol vermək qadağan olunur.

Komitə sədri qeyd edib ki, digər bir dəyişikliyə görə isə bələdiyyə qulluqçuları vəzifələrinin icrası zamanı Azərbaycan Konstitusiyasına, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanuna və ölkənin digər qanunlarına əməl etməlidirlər.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti