`Azərsu` və `Azərişıq` əməkdaşlarının faciəli ölümü

`Azərsu` və `Azərişıq` əməkdaşlarının faciəli ölümü
  08 Dekabr 2015    Oxunub:2956
Sumqayıt şəhərinda bədbəxt hadisə baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Eyni zamanda dekabrın 7-də Mingəçevir şəhərinin "20 yanvar" küçəsində təmir işləri aparan “Azərişıq” MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. O, xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalar aparılır.


Teqlər:  





Xəbər lenti