Şimali Koreyda ilk dəniz turizmi yaradılacaq

Şimali Koreyda ilk dəniz turizmi yaradılacaq
  27 İyun 2013    Oxunub:3701
Şimali Koreya prezidenti Kim Çen In dünya səviyyəsində dənizkənarı turizm mərkəzi yaratmağı əmr edib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Kim Çen In sənaye limanı olan Vonsanı dəbdəbəli turizm məkanına çevirməyi planlaşdırır.

Xatırladaq ki, Kim may ayında Şimali Koreyada “Masik Pass Skiing Ground” xizəksürmə sistemi tikmək üçün pul ayırmışdı. Prezident sistemin bu qış istifadəyə verilməsini əmr edib.



Vonsanda salınacaq yeni istirahət mərkəzinə əyləncə, idman və yayda qonaqları razı salmaq üçün müxtəlif obyektlər daxildir. Qeyd edək ki, dəniz turizmi xariciləri cəlb etmək üçün Şimali Koreyada ilk dəfə yaradılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti