Dünyanın xәbәr agentliklәri Londonda toplaşdı
V Konqresә hazırlıq mәqsәdi daşıyan iclasda Şura üzvlәri Konqresin strukturunu, mövzularını, işçi dillәrini tәsdiq ediblәr. Müasir medianın inkişafı ilә bağlı ekspertlәrin, sosial media vә informasiya texnologiyaları üzrә mütәxәssislәrin Bakıya dәvәt edilmәsi, Konqres iştirakçılarının siyahısı vә digәr mәsәlәlәr әtrafında geniş müzakirәlәr aparılıb.
Hәmçinin iclasda V Konqresin vebsaytının istifadәyә verilmәsi vә bu tәdbir çәrçivәsindә AZӘRTAC-ın tәşәbbüsü ilә beynәlxalq fotomüsabiqә vә fotosәrginin tәşkili mәsәlәlәri nәzәrdәn keçirilib. Dünya Xәbәr Agentliklәri Konqresi Şurasının növbәti iclası 2016-cı ilin mayında Bakıda keçirilәcәk.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


