Gözləri əməliyyat oldu – 45 kilo arıqladı - FOTO

Gözləri əməliyyat oldu – 45 kilo arıqladı - FOTO
  28 İyun 2013    Oxunub:1827
Britaniyanın Esseks qraflığının 30 yaşlı sakini Maykl MakKarti gözlərini əməliyyat etdirdikdən sonra 45 kq arıqlayıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, MakKarti həyatında iki problemdən – gözlərindəki zəiflik və artıq çəkidən əziyyət çəkib. Onun görməsi mənfi 13 olub. Həkimlər gözlərinin zəifləməsinin qarşısını almaq üçün MakKartiyə idmanla məşğul olmağı qadağan edirlər. Bundan sonra o kökəlməyə başlayır. Bir gün MakKarti həyatını dəyişməyə qərar verir və gözlərini əməliyyat etdirir. Bundan sonra onun həyatında yeni səhifə açılır. O, mütəmadi olaraq idmanla məşğul olur və üzgüçülüyə gedir. Qida rasionunu dəyişdikdən sonra isə 45 kq arıqlayır.





AzVision.az


Teqlər:  





Xəbər lenti