`Əfv siyahısı prezidentə təqdim olunacaq`

`Əfv siyahısı prezidentə təqdim olunacaq`
  08 Dekabr 2015    Oxunub:2880
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

AzVision.az - a bu barədə açıqlama verən komissiyanın üzvü, deputat Azay Quliyev deyib ki, iclasda müraciətlərə və təkliflərə baxılıb:

“Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq. Əfvlə bağlı bütün səlahiyyətlər Prezident İlham Əliyevə məxsusdur. Maksimum dərəcədə çalışırıq ki, bu müddət ərzində daxil olan bütün ərizələrə baxaq. Kimlərin siyahıya düşəcəyi isə birbaşa Prezidentin səlahiyyətinə daxildir”.

A. Quliyev bildirib ki, artıq uzun illərdir ki, əfv ənənəsi formalaşıb. “Ölkə başçısının məqsədi insanlara yenidən şans vermək, onları ailələrinə qovuşdurmaqdır. Əfv bu adamları yenidən normal həyata qaytarmaq şansı deməkdir”.


Teqlər:  



Xəbər lenti