Nikahdankənar doğulan uşaqlar... - STATİSTİKA
Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdür müavini Leyla Kərimova AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən ildə ölkədə erkən yaşda (18 yaşadək) olan qadınlar tərəfindən 3296 uşaq dünyaya gəlib.
Qeyri-qanuni nikahdan doğulan uşaqların sayı daha çox Bakıda qeydə alınıb. Belə ki, paytaxtda 283 nəfər vətəndaş nikahında olaraq doğuş həyata keçirib.
Lənkəranda 147, Masallıda 178, Cəlilabadda 175, Şəmkir rayonunda 124, Sabirabadda isə 121 nəfər erkən yaşda uşaq dünyaya gətirib.
Komitədən həmçinin bildirilib ki, erkən yaşda qadınlar arasında doğuş zamanı ölüm halları qeydə alımayıb.
L.Kərimova onu da bildirib ki, 2014-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqaların sayı 25 486 nəfər olub. Bu isə dünyaya gəlmiş körpələrin ümumi sayının 14,9%-ni təşkil edib.
Gültəkin Ələsgər
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


