Sualtı axtarışlar dayandırıldı - İtən neftçilərdən xəbər yoxdur

Sualtı axtarışlar dayandırıldı - İtən neftçilərdən xəbər yoxdur
  09 Dekabr 2015    Oxunub:3200
Bu gün səhər saatlarından başlayaraq FHN-nin və AZAL-ın helikopterləri itkin düşən neftçilərin axtarışlarını davam etdirir.
AzVision.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin (İB) baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

O, bildirib ki, sualtı axtarışlar müvəqqəti olaraq dayandırılıb: “Bu cür hava şəraitində sualtı axtarışların aparılması təhlükəlidir və bu baxımdan axtarışlar müvəqqəti olaraq dayandırılıb”.

B.Ağarəhimov qeyd edib ki, Günəşli yatağındakı yanğının söndürülməsi üçün 5 gəmi səfərbər edilib.

“Hava şəraiti əlaqədar olaraq dünən qeyd etdiyimiz tərtibatı tam quraşdıra bilməmişik”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti