“SOCAR” nə üçün bu addımı atmayıb?

“SOCAR” nə üçün bu addımı atmayıb?
  09 Dekabr 2015    Oxunub:2879
Son günlər sosial şəbəkələrdə havanın küləkli olması ilə əlaqədar “BP” şirkətinin öz işçilərini təxliyə etməsi haqda məlumatlar yayılır.
“SOCAR” nə üçün bu addımı atmayıb? sualına “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov cavab verib.

Şirkət rəsmisi bu məlumatların düzgün olmadığını bildirib.

“İşçilərin özüldən təxliyə olunması platformada problem olan zaman baş verir. İşdə olan zaman isə onlar təhülkəsiz yerlərdə yerləşdirilirlər. Neftçilər külək olan zamanı işə getməyiblər. Bu məlumatlar yalnışdır. Qeyd edim ki, onlar işdə olan vaxt güclü külək olub”.

B.Ağarəhimov diqqətə çatdırıb ki, hazırda “Günəşli” yatağında baş verən yanğının söndürülməsi ilə bağlı xarici mütəxəssislərlə birgə iş planı hazırlanır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti