Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT

  09 Dekabr 2015    Oxunub : 42424
Fuad Qəhrəmanlının ekstremist çağırışları - FOTOFAKT
Ötən gün Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs olunub. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham olunur.

AXCP rəhbərliyinin Nardaran olaylarında həbs olunan dini ekstremist, “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadəyə dəstək verməsi, onunla əlaqədə olması haqda bundan öncə də müxtəlif məlumatlar yayılmışdı.

Fuad Qəhrəmanlının Facebook sosial şəbəkəsindəki rəsmi və qeyri-rəsmi profillərinə nəzər yetirdikdə, onun dövlət əleyhinə və radikal dindarları iğtişaşlara səsləyən çoxsaylı çağırışlarına rast gəlmək mümkündür.



Fuad Qəhrəmanlının Nardaran hadisələrindən sonra Facebook səhifəsində paylaşdığı “Haradadır İmam Hüseyn üçün ağlayıb Yezidi lənətləyənlər?” başlıqlı yazıda AXCP sədrinin müavini dindarları ayağa qalxmağa, dövlət çevrilişinə səsləyib. O, hətta dini kəsimi Tale Bağırazdəni meydanda tək buraxmaqda ittiham edib/

Fuad Qəhrəmalı ən azı onun qədər məsuliyyəti bölüşən sədri Əli Kərimlinin səhifəsində də açıq şəkildə dövlətin Nardaranda məskunlaşan terrorçu dəstənin zərərsizləşdirilməsindən narahatlığını ifadə edib.



F.Qəhrəmanlı şərhlərində “Müsəlman birliyi” və qeyri-konstitusion yolla dövlət çevrilişinə hazırlan ekstremisləri dəstəklədiyini açıq-aşkar ifadə edib.

AXCP sədrinin müavininin dövlətçilik əleyhinə xarici qüvvələrlə işbirliyində olan Tahe Bağırzadə və dəstəsinin yanında olması təkzibolunmaz faktlarla öz təsdiqini tapır.

Proseslər onu deməyə əsas verir ki, AXCP rəhbərliyi siyasi mübarizə ilə hakimiyyətə gələ bilmədiyini dərk edərək, terrorçularla əl bir olub, dövlət çevrilişi yolu ilə iqtidara gəlməyi planlaşdırırmış. Aparılan operativ əməliyyatlar nəticəsində radikal müxalifətin bu iyrənc niyyəti ifşa olundu.



Fuad Qəhrəmanlı yazdığı digər bir statusda yenə Nardaranlıları qıcıqlandırmağa, hakimiyyət güclərinə müqavimət göstərməyə sövq edir: “Əsas məqsəd dindarların ölkədə haqsızlığa qarşı mübarizədə iştirakının qarşsını almaqdır”.

F.Qəhrəmanlı adam açıq şəkildə terrorçuluğu dəstəkləyir və bunu gizlətmədən bəyan edir.

Əslində Tale Bağırzadə ilə AXCP-dəkilərin hakimiyyəti silahlı mübarizə ilə dəyişmək kimi bədnam niyyəti xeyli əvvələ təsadüf edir. Təsadüfi deyil ki, Fuad Qəhrəmanlı V çağırış Milli Məclisə seçkilərin keçirildiyi 1 noyabr tarixli statusunda bunu açıq bəyan edir. O yazır ki, “xalq seçki yolu ilə hakimiyyəti dəyişmək hüququndan məhrum edilib. Deməli, ölkəmizdə demokratik dəyişikliklərin yolu, saxta seçkilərdən yox, xalqın meydana çıxaraq davamlı və kütləvi etiraz aksiyaları keçirməsindən keçir”.



Bu statusdan da aydın görünür ki, Tale Bağırzadə ilə birləşən Əli Kərimlinin AXCP-si ölkədə iğtişaşlar, silahlı qarşıdurma yaratma niyyətində olublar.

Fuad Qəhrəmanlı 3 noyabr tarixli “Günah Qərbdədir,yoxsa xalqda?” yazısında da xalqı üsyana, etirazlara səsləyib.



Fuad Qəhrəmanlı dini çağırışlarını müxtəlif saxta profillər, səhifələr üzərindən həyata keçirib.



Məsələn, “Zühüra-doğru” adlı səhifə Fuad Qəhrəmanlını və bir neçə digər “cəbhəçi”ni işarələyərək ekstremistləri müdafiə edən çağırışları özündə ehtiva edən məlumatlar paylaşır. Şübhə yox ki, belə səhifələr məhz Fuad Qəhrəmanlı tərəfindən kurasiya edilib.



Oktyabrın 24-də Fuad Qəhrəmanlı belə bir açıq-aşkar ekstremist xarakterli status yazıb. Burda həm xalqı təhqir edib, həm də qarşıdurmaya səsləyib:

`Yezidin yanında durub İmam Hüseyn üçün ağlayan azərbaycanlılar


Yezidin ordusunun üstünə 72 nəfərlə gedən İmam Hüseynə ağlamaqla, onun yolunda ehsan verməklə, təziyə saxlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz. Biz azərbaycanlılar üçün işin ən asanı da budur.
İmam Hüseynin yolunu getmək üçün onun kimi zülmlə barışmamaq, əqidə və ədalət uğrunda mübarizə aparmaq, məmləkətdə baş verən haqsızlıqlara göz yummamaq lazımdır...
...Bu gün dubinka qorxusundan meydana çıxmayanların o zaman qılınc üstünə getməyə cəsarətləri çatardımı?
Bu İmam Hüseyn "aşiqləri" İmam Hüseyni meydanda tək qoymaqlarına bəraət qazandırmaq üçün deyərdilər ki, "biz siyasətə qarışmırıq".
Zaman nisbidir, yüz illər öncə haqq uğrunda mübarizə aparmaqdan qorxan zehniyyəti daşıyanlar, o zaman İmam Hüseyni meydanda Yezidin qarşısında tək buraxdılar, bu gün də Yezidin əməllərini davam etdirən hakimiyyətin qarşısında mübarizə aparanları tək buraxırlar.

İl boyu haqqın qətl edilməsinə, insanlığın alçaldılmasına, yalanın, haramın hökm etməsinə, ədalətin tapdanmasına susucaqsınız, sonra da Aşura günü ağlamaqla, baş-gözünüzə döyməklə özünüzü İmam Hüseynin ardıcılları sayacaqsınız? Bu cür olmaqla ancaq İmam Hüseyni meydanda arxasız, köməksiz buraxmış kufəlilərə bənzəmək olar.
Yezidin əməllərinə etinasız qalıb, İmam Hüseyn üçün göz yaşları axıtmaq dindarlıq deyil, riyakarlıqdır.
Gerçək imam Hüseyn aşiqisinizsə, o zaman niyə bu gün susursunuz? Niyə?
Niyə Yezidin əməllərinin, düşüncəsinin bu ölkədə hökm etməsi qarşısında səsinizi çıxarmırsınız?

İmam Hüseyn sizlərin yaltaqlandığı,qorxduğu, üzünə güldüyünüz günühkar gücə, haram hakimiyyətə qarşı mübarizə yolunda şəhid oldu. Siz bu düşüncə ilə necə səmimi olub imam Hüseyn üçün göz yaşı axıda bilərsiniz? Bu düşüncənin hakim olduğu insanın göz yaşlarının İmam Hüseynə heç bir aidiyyəti yoxdur. Çünki İmam Hüseyni qətl edən sizin biət etdikəriniz idi.
O zaman gedin öz gününüzə ağlayın, başınıza döyün ki, İmam Hüseyn məktəbindən, onun yolundan heç nə anlamırsınız. İmam Hüseynin Yezidin yanında olanların göz yaşlarına ehtiyacı yoxdur.



Elvin Abdulqədirov

Teqlər: