Nardaran ağsaqqalı Natiq Kərimov saxlanıldı - Yenilənib

Nardaran ağsaqqalı Natiq Kərimov saxlanıldı - Yenilənib
  09 Dekabr 2015    Oxunub:3340
Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

**

Polis Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıb.

Bu barədə AzVision.az -a kənd sakinləri bildiriblər. Qeyd edilib ki, N.Kərimov avtomobili ilə qəsəbədən çıxarkən polis postunda saxlanılıb. Onun hara aparıldığı məlum deyil.

Qeyd edək ki, mətbuatda Məşədi Natiq Kərimovun MTN-in həbsdə olan keçmiş yüksək rütbəli zabitləri ilə əlaqəsi olması barədə xəbər yayılıb.


Teqlər:  



Xəbər lenti