Yeni Hava hərəkətinin idarəedilməsi qülləsi üçün S rejimini dəstəkləyən ikincili RSM970S radiolokatorunun təchizatı THALES şirkəti tərəfindən həyata keçirilib.
Hava hərəkətinin idarəedilməsi qülləsinin açılış mərasimində Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez (Aurelia Bouchez), Thales Eurasia şirkətinin Vitse-prezidenti Roje De (Roger Daix) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Birinci vitse-prezidenti Sabir İlyasov iştirak edib.
Sabir İlyasovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasının inkişafına diqqət və qayğısı sayəsində AZAL uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan Respublikasının hava məkanında bir çox uğurlu layihələr həyata keçirilib.
"İnkişaf etmiş aeronaviqasiya infrastrukturu sayəsində Azərbaycan aeronaviqasiya sahəsində son elmi nailiyyətləri özündə birləşdirən yeni texnologiyaların tətbiqi üzrə dünya liderlərindən biridir. Bunun nəticəsində ICAO və “Eurocontrol”un son tələblərinə uyğun olaraq uçuşların yüksək təhlükəsizlik səviyyəsi təmin olunur", - deyə Sabir İlyasov bildirib.
Azərbaycanın aeronaviqasiya sistemi əsas hava daşıyıcılarının diqqətini cəlb edib. Bu gün “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ildə 80 mindən çox tranzit uçuşlara və hava limanlarında təxminən 40 min uçuşlara aeronaviqasiya xidməti göstərir", - deyə Sabir İlyasov bildirib.







Vaxtında, Aydın, Lazımlı!


