Fuad Qəhrəmanlını neçə il həbs gözləyir?

Fuad Qəhrəmanlını neçə il həbs gözləyir?
  09 Dekabr 2015    Oxunub:2394
Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilmiş, lakin rəsmi çağırış vərəqi tələb etdiyindən, idarənin əməkdaşları tərəfindən həmin tarixdə ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilmiş və şahid qismində dindirilib.
F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bəs irəli sürülən maddələr əsasında Fuad Qəhrəmanlıya necə il düşə bilər?

AzVision.az xəbər verir ki, Cinayət Məsəlləsinin 281.1-ci maddəsinə əsasən həmin şəxs beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər maddə isə 283.2.1-dir. Burada milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə həmin şəxsə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Odur ki, Fuad Qəhrəmanlıya qarşı irəli sürülən ittihamlar məhkəmə tərəfindən təsdiq olunarsa o, 8 ilə yaxın azadlıqdan məhrum ediləcək.

İlkin Nəcəfzadə


Teqlər:  



Xəbər lenti