Azərbaycanlı iş adamı faciəli şəkildə ölüb

Azərbaycanlı iş adamı faciəli şəkildə ölüb
  09 Dekabr 2015    Oxunub:3942
Gürcüstanın Marneuli rayonunda bədbəxt hadisə baş verib.
Bu gün günorta saatlarında azərbaycanlı iş adamı Rafil Qədir oğlu Musayev həyətyanı sahəsindəki su quyusuna düşərək boğulub. Hadisə yerinə Rustavi Fövqəladə hallar departamentinin əməkdaşları gələrək onun meyitini 15 metr dərinlikdə olan su quyusundan çıxarıblar.

R. Musayev Marneulidə tanınmış şəxslərdən biri olub.

Hadisə ilə bağlı araşdırma aparılır. (Apa)


Teqlər:



Xəbər lenti