“Günəşli” hələ də yanır, axtarışlar nəticə verməyib

“Günəşli” hələ də yanır, axtarışlar nəticə verməyib
  09 Dekabr 2015    Oxunub:2539
Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır.
AzVision.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin (İB) baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Qurum rəsmisi qeyd edib ki, hazırda FHN-in helikopterləri və SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər itən neftçilərin axtarışlarını davam etdirir.

"Neft daşları və “Günəşli” yatağında aparılan axtarışlar indiyədək nəticə verməyib. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə aid gəmilər də axtarışlar aparır. Yanğın hazırda davam edir. Ciddi dəyişiklik baş verməyib".

B.Ağarəhimov vurğulayıb ki, yanğının söndürülməsi ilə məşğul olan 5 gəmidən biri ərazidən uzaqlaşacaq: "Yanacaq doldurmaq üçün gəmilərdən biri oradan uzaqlaşacaq və onu FHN-ə məxsus "Vixr" gəmisi onu əvəz edəcək".

Baş mühəndis vurğulayıb ki, sabah xarici mütəxəssislərlə görüş keçiriləcək və müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq.

B.Ağarəhimov həmçinin qeyd edib ki, FHN-nin dalğıclarının axtarışı davam etdirməsi barədə məlumatlar düzgün deyil: "Dalğıclar hazırda axtarışı davam etdirmirlər, çünki hava şəraiti buna imkan vermir".

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti