Yaqland da İlham Əliyevə başsağlığı verib

Yaqland da İlham Əliyevə başsağlığı verib
  09 Dekabr 2015    Oxunub:1766
Avropa Şurasının baş katibi Torbörn Yaqland Prezident İlham Əliyevə başsağlığı verib.
AzVision.az xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş dəhşətli qəza ilə bağlı xəbər məni dərindən kədərləndirdi.

Qəza nəticəsində həlak olanların ailələrinə Avropa Şurası adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını, itkin düşmüş şəxslərin sağ-salamat tapılmasını, onların axtarışı ilə məşğul olan fövqəladə xidmət əməkdaşlarına cəsarət və əzmkarlıq arzu edirəm”.

Eyni zamanda Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Macarıstanın Baş naziri Viktor Orbandan də Prezident İlham Əliyevə başsağlığı verib.


Teqlər:  





Xəbər lenti