Ermənistan dünyanın 5 ən pozğun ölkələri arasında

Ermənistan dünyanın 5 ən pozğun ölkələri arasında
  28 İyun 2013    Oxunub:17449
Bloomberg agentliyi ölkələri sakinlərinin əxlaqsızlıq dərəcəsinə görə sıralayıb.

Nəticələr iqtisadçıların irəli sürdüyü nəzəriyyəni təkzib edib: spirtli içki və narkotikdən istifadənin səviyyəsi heç də ölkənin varlı və ya kasıb olmasından asılı deyil. Belə ki, dünyanın ən pozğun ölkəsi kifayət qədər varlı Çexiya, ən əxlaqlı ölkə isə Zambiya seçilib.

Bloomberg analitikləri dünyanın 57 ölkəsinin vətəndaşlarının əxlaqsız həyata meyllilik dərəcəsini öyrəniblər. Əldə edilən nəticələr əsasında ölkələr pozğunçuluğun səviyyəsinə görə sıralanıb.

Reytinq cədvəlini tərtib edilməsində 4 məqam- orta hesabla spirtli içkidən istifadənin səviyyəsi, çəkilən siqaretlərin sayı, narkomaniyanın yayılma dərəcəsi(15- 64 yaş arası sakinlər arasında narkotik maddələrdən istifadənin faiz göstəricisi nəzərə alınıb), qumarın vurduğu ziyanın səviyyəsi əsas götürülüb.

Sadaladığımız bu göstəricilərin hər birinə görə ölkələrə 25 bal verilib. Spirtli içki, narkotikdən istifadənin minimum səviyyədə olduğu ölkələr isə 0 balla qiymətləndirilib.

Yekun hesablamardan sonra ən yüksək bal toplamış ölkə ən pozğun ölkə elan edilib.
İlk onluğun birincisi Çexiya ( Dünya bankının hesablamalarına görə ÜDM-in səviyyəsinə görə 45-ci yerdədir), ondan sadəcə 2 pillə geri qalan Ermənistan isə dünyaın 4-cü pozğun ölkəsi seçilib.
Qəribədir ki, dünyaya narkotik maddə satan Kolumbiya, Meksika və Venesuellanın adı onluqda yoxdur. Onlar əksinə ən əxlaqlı ölkə seçiliblər.

İlk 10-luq
1.Çexiya
2.Sloveniya
3.Avstraliya
4.Ermənistan
5.Bolqarıstan
6.İspaniya
7.Bosniya və Hersoqovina
8.Rusiya
9.Belarus
10.Yunanıstan
10 ən əxlaqlı ölkə:
48.Ekvador
49.Türkiyə
50.Kolumbiya
51.Meksika
52.Tayland
53.Venesuella
54.Qvatemala
55.Boliviya
56.Salvador
57.Zambiya

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti