İnstitutun adı dəyişdirildi

İnstitutun adı dəyişdirildi
  10 Dekabr 2015    Oxunub:2556
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun adı dəyişdirilərək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.
Bu barədə qərar Azərbaycan Təhsil Nazirliyinin təklifi əsasınsında Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qərara müvafiq olaraq “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Əlavə təhsil müəssisələri” bölməsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu”. (trend)


Teqlər:



Xəbər lenti