Metroda yenə problem yaranıb

Metroda yenə problem yaranıb
  10 Dekabr 2015    Oxunub:4586
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikməsi müşahidə olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, səhər saatlarında “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq olub və ona görə də qatarların qrafik pozulub.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə 10 dəqiqə gecikmə olub.

“Hazırda qrafiki bərpa etmişik və qatarlar qrafikə uyğun olaraq hərəkətin davam etdirir”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti