Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – RƏSMİ

Məktəblərdə Yeni il şənlikləri keçiriləcək? – RƏSMİ
  10 Dekabr 2015    Oxunub:4141
Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsinə icazə verib.
AzVision.az xəbər verir ki, bu barədə oxu.Az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən yerlərə hər hansı bir məhdudlaşdırıcı və ya təsdiqedici göstəriş və tövsiyə verilmir.

Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, ümumtəhsil məktəb şagirdlərinin asudə vaxtının təşkili, bayram şənliklərinin keçirilməsi ilə bağlı məsələlər valideynlərin, şagirdlərin rəyi nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən tənzim olunur.


Teqlər:



Xəbər lenti