“Belə birisinin həbsdən buraxılması..” - Sahib Alıyev

“Belə birisinin həbsdən buraxılması..” - Sahib Alıyev
  10 Dekabr 2015    Oxunub:4294
“Bir qadının, həm də azərbaycanlı bir qadının həbsdə olması yaxşı haldırmı? Xeyr, yaxşı hal deyil. Amma həmin qadın qaranlıq əməllər mələyi, Azərbaycan dəyərlərindən tam uzaq, ölkəsinin əleyhinə işləyən, hətta muzd qarşılığında düşmənlə əməkdaşlıq edəcək dərəcədə merkantildirsə, belə birisinin həbsdən buraxılmasına bu xalqın böyük əksəriyyətinin sevinəcəyini zənn etmirəm. Ən çoxu da öz yurd-yuvalarından didərgin düşənlərin”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev Leyla Yunusun məhkəmə qərarı ilə şərti azadlığa buraxılmasına münasibət bildirərəkən deyib. O,fikrini belə davam etdirib: “Qərbdəkilər isə onun buraxılmasını alqışlayır, az qala toy-bayram edirlər. Kimdir onlar? Avropa Parlamentinin sədri Martin Şults, AŞ PA-nın prezidenti Ann Brassör, ABŞ Helsinki Komissiyasının başçısı Kris Smit, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Maykl Corc Link və digərləri. Bir sözlə, o adamlar ki, Azərbaycanla bağlı hələ indiyədək bir kəlmə belə xoş söz deməyiblər”.

Millət vəkili hesab edir ki, təəssüf ki bu adamların hamının yaxşı tanıdığı bir xanımın həbsdən buraxılmasını alqışlamaları heç də yüksək dəyər daşıyıcısı olmalarından və təmsil etdikləri qurumların həqiqətən də böyük ideallara xitmət etməsindən irəli gəlmir:

“Yoxsa onlar erməni girovluğunda olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin də buraxılmalarını istəyərdilər. Azadlığa hamıdan çox haqq edən, buraxılmaları tələb olunası dustaqlar onlardır. Ancaq bu gurultulu adlar daşıyan qurmların başında duran o adamlardan hər hansı birinin indiyədək Dilqəmlə Şahbazın buraxılmalarını tələb etdiklərini eşitdinizmi? Yox. Niyə eşitmədiniz? Çünki Diqləmlə Şahbaz bu ölkəni, bu xalqı, bu dövləti sevirlər, Azərbaycanlıdırlar. Onları Kəlbəcərə aparan da bu sevgi idi. Dilqəm Əsgərovla Şahbaz Quliyev bu hisslərinin girovlarıdırlar”.


Teqlər:  





Xəbər lenti