“Qarabağ” üçün son şans

 “Qarabağ” üçün son şans
  10 Dekabr 2015    Oxunub:1735
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək.
AzVision.az-ın məlumatına görə, Avroliqada olan təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” də bu gün son görüşlərinə çıxacaq. “Qarabağ” səfərdə “Anderlext”lə qarşılaşacaqlar. Belçikada klubumuzu çətin sınaq gözləyir. Növbəti mərhələyə keçmək üçün “Qarabağ” yalnız qələbə qazanmalıdır. Bununla belə klubumuzun olduğu qrupda 1-ci yeri təmin edən “Tottenhem” “Monako”-ya məğlub olsa Fransızlar növbəti mərhələyə çıxacaq. “Monako” bərabərə qalarsa “Qarabağ” qalib gələrsə, hər 3 komandanın 7 xalı olacaq.
Belədə isə “Tottenhem”lə birlikdə növbəti mərhələyə “Qarabağ” çıxacaq. Belə ki, klubumuz 3 komanda arasında şəxsi oyunlarda ən yaxşı nəticəyə malikdir.

“Qəbələ” klubunun rəqibi “Krasnodar” isə artıq növbəti mərhələni təmin edib. Klubumuzun isə heç bir şansı yoxdur.


Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr

J qrupu

00:05. “Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan)
Brüssel. Konstant Vanden Stok stadionu

C qrupu

22:00. “Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu


Anar Kəlbiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti