Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub
Bildirilib ki, bütün sərhədboyu zonada axtarışlar aparılır.
Həmçinin qeyd edilib ki, hazırda 5 gəmi “Günəşli” yatağındakı yanğının söndürülməsi ilə məşğuldur.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


