Mühacirləri sevindirən qərar qəbul edilib

Mühacirləri sevindirən qərar qəbul edilib
  28 İyun 2013    Oxunub:1143
Obamanın fikrincə bu qanun ölkənin iqtisadi inkişaf tempinin sürətlənməsinə müsbət təsir edəcək
Birləşmiş Ştatlar Senatı genişmiqyaslı immiqrasiya haqqında qanunu təsdiqləyib. Bu qanun 1980-ci illərdən bəri ölkənin imiqrasiya qanunvericiliyi ilə bağlı qəbul olunan böyük qərar, eləcə də ölkənin daxili siyasətində prioritet məsələ hesab olunur.

Qeyri-qanuni mühacirlərə 13 il ərzində Amerika vətəndaşlığına almağa icazə verən qanunun lehinə 68, əleyhinə isə 32 senator səs verib. Qanun ABŞ tarixində sərhədlərin mühafizə üçün aktiv sistem yaratmağa yardım edəcək, eləcə də 11 milyon qeyri-qanuni mühacirə vətəndaşlıq alma imkanı verəcək. Daha sonra həmin şəxslərdən yoxlamalardan keçmək, ingilis dilini öyrənmək, vergi və cərimələri ödəmək tələb olunacaq.

Qanunda ölkənin sərhədlərinin qorunması, sərhəd nəzarət sistemi və məşğulluğun elektron yoxlanması üçün 46 milyard dollar ayrılması nəzərdə tutulur. Bundan başqa Meksika ilə sərhəddəki səddləri 1.1 min km uzatmaq və sərhədlərin qorunması üçün daha 20 min şəxsin cəlb olunması planlaşdırılır. Hazırda qanun layihəsinin nümayəndələr palatasına göndərilməsi gözlənilir.

Dövlət başçısı Barak Obama nümayəndələr palatasına immiqrasiya sahəsindəki islahatları qəbul etmək barədə çağırış da edib. Obamanın fikrincə, əgər sənəd konqresin aşağı palatası tərəfindən də qəbul olunarsa, bu 2008-ci ildəki böhrandan sonra ölkənin dirçəlməsinə yardım edəcək, federal büdcənin kəsirlərinin və dövlət borcunun həcminin ixtisarına səbəb olacaq, eyni zamanda ölkənin iqtisadi inkişaf tempinin sürətlənməsinə müsbət təsir edəcək.


Teqlər:





Xəbər lenti