Leyla Yunusun azadlığa buraxılmasına beynəlxalq reaksiya

Leyla Yunusun azadlığa buraxılmasına beynəlxalq reaksiya
  10 Dekabr 2015    Oxunub:3250
Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus ötən gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Leyla Yunusun azadlığıa buraxılmasına bir sıra beynəlxalq təşkilatlar, Avropa təsisatları münasibət bildirib:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassör öz Twitter səhifəsində Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışladığını yazıb.

Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link bildirib ki, Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir.

ABŞ Dövlət Departamenti Leyla Yunusun azadlığa buraxılması ilə bağlı bəyanat yayıb: “Bakı Apellyasiya Məhkəməsinin Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması qərarını alqışlayırıq. Dövlət Departamenti noyabr ayında onun həyat yoldaşı Arif Yunusun da azad edilməsini müsbət addım kimi dəyərləndirir və bu kimi addımların daha çox olacağını gözləyir. Biz Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq çərçivəsində əlaqələrimizin bütün sahələrinin, o cümlədən enerji, təhlükəsizlik, demokratiya və insan haqları sahələrinin inkişaf etdirilməsi üçün imkanlar axtaracağıq”.

Avropa İttifaqı d anoloji bəyanatla çıxış edib: “Bakı Apellyasiya Mәhkәmәsinin Leyla Yunusun şərti azadlığa buraxılması barədə qәrarı noyabrın 12-də onun hәyat yoldaşının azadlığa buraxılmasının davamı kimi müsbәt vә xoş humanitar jestdir. Avropa İttifaqı bu istiqamәtdә növbәti addımların atılacağına ümid edir. Biz Azәrbaycanla münasibәtlәrimizi bundan sonra da dәrinlәşdirmәyә vә genişlәndirmәyә hazırıq”.

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə (Helsinki) Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü Kris Smit qeyd edib ki, Leyla Yunusun həbsdən azad edilməsini çoxdan gözlənilən addım idi.

“Avropa Birliyi Leyla Yunusun həbsdən azad edilməsini alqışlayır. Bu, çoxdan arzulanan müsbət humanitar jestdir. Biz bu addımın gələcəkdə də davam etdiriləcəyinə ümidlə yanaşırıq. Avropa Birliyi Azərbaycanla münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsinə hazırdır” – bu sözləri isə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogheri deyib.

Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland Leyla Yunusun azadlığa buraxılması haqda fikirlərini belə ifadə edib: “Leyla Yunusun həbsdən azad edilməsi məni yüngülləşdirdi. Ümid edirəm ki, o indi sağlamlığının tam bərpasına başlaya və bu çətin sınağı arxada qoya biləcək”.

“Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev isə bildirib ki, bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mühüm ümid mesajı göndərəcək düzgün istiqamətdə olan bir addımdır.

“Human Rights Watch”dan Rachel Denber: “Mən 17 aydır ki, səhər bu xəbərnən oyanacağımı gözləyirdim. Onun və ailəsinin sevincini təsəvvür edə bilmirəm”.

“Human Rights House” şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşıladığını diqqətə çatdırıb.

Birləşmiş Krallığın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Leyla Yunusun azad edilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: “Leyla və Arif Yunusların azad edilməsini alqışlayıram. Ümid edirəm ki, Leyla Yunus indi lazımi tibbi müalicə ala biləcək. Mən digər oxşar hallarla bağlı Azərbaycanın humanitar jesti təkrar etməyə və ölkədə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşması istiqamətində konkret addımlar atmağa çağırıram”.

Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer isə qısaca olaraq “Leyla Yunusun azadlığa buraxılması vacib humanitar addımdır”,- deyə münasibət bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti