“Əli Kərimli və Milli Şura dini ektremizmə yuvarlanır” - Bəyanat

“Əli Kərimli və Milli Şura dini ektremizmə yuvarlanır” - Bəyanat
  10 Dekabr 2015    Oxunub:4077
“Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həbs olunması, dövlət əleyhinə açıq çağırışlarda, milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin yaranmasında ittiham olunması bir daha onu göstərir ki, Ədliyyə Nazirliyi Əli Kərimlini AXCP sədri kimi tanımamaqda nə dərəcədə haqlıdır. İnanırıq ki, məhkəmə də ədalətli qərar verəcək”.

AzVision.az xəbər verir ki, bu barədə Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında bildirilir. Partiyanın bəyanatında Əli Kərimli və onun yaxın ətrafının dövlətçiliyimiz, Azərbaycan vətəndaşlarının sabitliyi üçün potensial təhlükə olması vurğulanır. Qeyd olunur ki, bu şəxslər AXCP-ni təmsil edə bilməzlər:

“Bu gün AXCP adına iddia edən, bir zaman Elçibəyin müavini olan Əli Kərimli və Milli Şura dini ektremizmə yuvarlanır. Aydın olan budur ki, bu adamlar hakimiyyəti ələ keçirmək üçün istənilən cəhdə hazırdırlar və partiya missiyasından, AXCP dəyərlərindən, demokratiyanın təməl prinsiplərindən kənara çıxıblar. Dünyada və ölkədə çox həssas proseslərin baş verdiyi bir zamanda, Əli Kərimlinin müavininin ölkə daxilində iğtişaşa, xaosa çağırış etməkdə ittiham olunması onu göstərir ki, bu insanların Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etməyə hüquqi haqları olmadıqları kimi mənəvi haqları da yoxdur.

Çünki Fuad Qəhrəmanlının sosial şəbəkələrdəki bu çağırışları ölkədə xaos yaratmağa və iğtişaşlar törənməsinə hesablanmış addım idi. Fuad Qəhrəmanlı Əli Kərimlinin siyasi işlər üzrə müavinidir, bu, o deməkdir ki, Fuad Qəhrəmanlının mövqeyi əslində təmsil etdiyi qurumun və elə öz sədrinin mövqeyidir. Bir daha bəyan edirik ki, əsl AXCP bizik və bizim əsas amalımız dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi və rifahıdır. AXCP olaraq hesab edirik ki, Ədliyyə Nazirliyi bizim hüquqi haqqımızı bərpa etməli və AXCP olaraq bizi qeydə almalıdır”.


Teqlər:  





Xəbər lenti