Sürücülərin nəzərinə: Cərimələr artır

Sürücülərin nəzərinə: Cərimələr artır
  10 Dekabr 2015    Oxunub:2381
Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə tətbiq olunan cərimənin məbləği artırılır
AzVision.az `Report`-a istinadən xəbər verir ki, cəzanın sərtləşdirilməsi yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub. İXM qəbul edildikdən sonra nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma tətbiq ediləcək.

Bundan başqa dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarı da artırılır. Belə ki, yeni məcəllə qəbul olunduqdan sonra Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 12 000 manatdan 16 000 manatadək məbləğdə cərimə ediləcək.




Teqlər:





Xəbər lenti