Cahangir Hacıyevin şikayətini təmin edilmədi

Cahangir Hacıyevin şikayətini təmin edilmədi
  10 Dekabr 2015    Oxunub:1747
Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin Nərimanov rayon Məhkəməsinin barəsində çıxardığı qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Hakim Qədim Babayevin sədrliyi ilə qapalı keçirilən prosesdə C.Hacıyev özü də iştirak edib. Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərarla razılaşmayan C.Hacıyev həbs qərarından apelyasiya şikayəti vermişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti