Azərbaycanla Çin arasında 10 sənəd imzalandı - VİDEO

Azərbaycanla Çin arasında 10 sənəd imzalandı - VİDEO
  10 Dekabr 2015    Oxunub:2181
Pekində Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Geniş tərkibdə görüş başa çatdıqdan “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi”ni Azərbaycan prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Çinin xarici işlər naziri Van İ, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə”ni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla Çinin ədliyyə naziri Vu Ayyin, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla Çinin kənd təsərrüfatı naziri Xan Çanfu, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş”i isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərovla Çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzalayıblar.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Çinin təhsil naziri Yuen Quyren, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Çinin nəqliyyat naziri Yan Çuantan, “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Çinin kommersiya naziri Quan Xuçen, “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovla Çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini Çen Şan Zye, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”i isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Çinin Milli Dəmir Yolu Administrasiyasının rəhbəri Lu Donfu imzalayıblar.

Həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.

習近平舉行儀式歡迎亞塞拜然總統訪華 並同亞塞拜然總統會談國家主席習近平10號下午在人民大會堂北大廳舉行儀式,歡迎亞塞拜然總統伊利哈姆·阿利耶夫對我國進行國事訪問。歡迎儀式後,習近平主席同阿利耶夫總統舉行會談。兩國元首同意,共同引領中阿關係持續健康穩步發展,更好造福兩國人民。習近平指出,多年來,中阿兩國本著平等互利和相互尊重的原則發展雙邊關係,政治互信不斷增強,各領域合作持續深入。中阿友好合作關係基礎穩固、前景廣闊。中方願同阿方共同規劃兩國關係發展方向,推動各領域合作不斷取得新進展。中方讚賞阿方積極回應和支持中方關於共建絲綢之路經濟帶的倡議。今天雙方簽署中阿政府間關於共同推進絲綢之路經濟帶建設的諒解備忘錄,標誌著兩國務實合作邁入新階段。阿利耶夫表示,我完全贊同習主席對我們兩國關係的評價。阿中是好朋友、好夥伴。近年來,兩國政治、經濟、人文交流合作快速發展。我此次訪華期間雙方還將簽署一系列合作檔,相信將推動雙邊關係進一步深入發展。中國的發展對世界是正能量。阿方樂見中國實現自己的發展戰略,積極支援“一帶一路”倡議,願參與相關合作。阿方高度評價中方在國際事務中發揮的重要作用,願深化同中方在國際組織中合作。會談後,兩國元首共同簽署《中阿關於進一步發展和深化友好合作關係的聯合聲明》,共同見證了《中阿關於共同推進絲綢之路經濟帶建設的諒解備忘錄》及經貿、司法、民航、教育、交通、能源等領域雙邊合作檔的簽署。

Posted by CCTV 中文 on Thursday, December 10, 2015


AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti