Daha bir parklanma yeri ləğv edildi
Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin ( avtomobil körpüləri ) alt hissəsində də davam etdiriləcək.
Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


