Saakaşvilinin partiyası Parlamenti boykot etdi

Saakaşvilinin partiyası Parlamenti boykot etdi
  28 İyun 2013    Oxunub:1145
Partiya təmsilçiləri müəyyən qanunları müzakirə edə bilmədiklərindən gileylənirlər
AzVision.az xəbər verir ki, Gürcüstan prezidenti Mixeil Saakaşvilinin rəhbərlik etdiyi “Milli Birlik Hərəkat” partiyası ali qanunverici orqanda öz işini dayandıraraq boykot edib. Deputat Levan Becaşvili fraksiyanın adından bildirib ki, hazırki hökumət nümayəndələrinin partiyanın infrastrukturunu məhv etməyə çalışdığı bir vaxtda, partiya təmsilçiləri “adi qanunları” belə müzakirə edə bilmirlər.

“Qondarma ittihamlar əsasında həbs edilən həmkarlarımızın məsələsini, bu kimi halları qadağan edən qanunları müzakirə edə bilmirik”- deyə Bejaşvili bildirib və partiyanın bundan sonrakı planlarını yaxın günlərdə açıqlayacağını qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın Maliyyə Nazirliyinin tabeliyindəki maliyyə polisləri Tblisi şəhər icra hakimiyyətinin 4 yüksək vəzifəli məmurunu saxlayıb. Saxlanılan şəxslər prezidentin partiyasının üzvləridir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti