`Kolleclərin keyfiyyət göstəriciləri aşağıdır` - Nazir müavini
Müşavirədə həyata keçirilən təhsil islahatlarından irəli gələn tələblər, gənc nəslin formalaşdırılmasında təhsil müəssisələrinin rolu, müasir dövrdə orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifələr müzakirə edilib.
Müşavirədə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov kolleclərin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdırıb.
F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını da verib.
Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır. F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd edib.
AzVision.az
Teqlər: