Prezident Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Prezident Xalq Qəhrəmanları Abidəsini ziyarət edib
  11 Dekabr 2015    Oxunub:1375
Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti