İtkin düşən neftçilər hələ də tapılmayıb

İtkin düşən neftçilər hələ də tapılmayıb
  11 Dekabr 2015    Oxunub:2385
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları hələ də bir nəticə verməyib.
“Azneft” İstehsalat Birliyindən (İB) AzVision.az-a verilən məlumata görə, axtarışlar gücləndirilib.

“Hazırda Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, 1 təyyarəsi və 2 gəmisi axtarışlara cəlb olunub. Bununla yanaşı nazirliyin əlavə şəxsi heyəti Pirallahı ətrafında sahilboyu zonada axtarışlara başlayıb. Həmçinin SOCAR tərəfindən AZAL-dan icarəyə götürülən 2 helikopter də axtarışlar aparır. Onlardan biri Neft daşlarında, digəri isə “Günəşli” yatağında axtarışları davam etdirir”.

Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağında baş verən faciə zamanı 33 neftçi xilas olunub, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam edir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti