10 kq-dan çox narkotik vasitə ələ keçirilib

10 kq-dan çox narkotik vasitə ələ keçirilib
  11 Dekabr 2015    Oxunub:1524
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib.
AzVision.az DSX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Əməliyyat məlumatı əsasında müəyyən olunub ki, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi üçün içərisində narkotik maddələr olan bağlama gizlədilib.

Dövlət sərhədi yaxınlığında gizlədilən 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti