Əli Kərimlinin ekstremistlərlə iş birliyi – O, Fuadı necə həbs etdirib?

Əli Kərimlinin ekstremistlərlə iş birliyi – O, Fuadı necə həbs etdirib?
  11 Dekabr 2015    Oxunub:8736
Dekabrın 8-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd olunub ki, Fuad Qəhrəmanlının “Facebook” səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb.

Bildirilib ki, öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.

F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib.



F.Qəhrəmanlının həbsindən sonra AXCP sədri Əli Kərimlinin ekstremist qüvvələrlə iş birliyində olması məsələsi gündəmə gəlib. Siyasi mübarizə yolu ilə iqtidara gəlmək şansını çoxdan itirən Əli Kərimlinin hakimiyyət hərisliyi hər kəsə məlumdur.

Siyasətdən azdan, çoxdan anlayışı olan insanlar yaxşı bilir ki, Əli Kərimli öz mənafeyi naminə hər bir addımı atmağa hazırdır. Onun üçün vəzifə, pul-para, lüks həyat vətən, millət və dövlətçilik dəyərlərindan daha önəmlidir. Kərimli ermənilərlə işbirliyində olmağa, ölkədə qanlı qarşıdurmalar yaratmağa belə hazırdır, təki iqtidara gəlsin. Onun əsl niyyəti və qayəsi yalnız bundan ibarətdir.



Nardaran olaylarından sonra dini kəsimi iğtişaşlara sövq etməyə çalışan F.Qəhrəmanlının həbsi əslində Əli Kərimli və komandasının iç üzünü ortaya qoydu. Əslində F.Qəhrəmanlının həbsi AXCP-nin tutduğu yolun başlanğıcı idi.

F.Qəhrəmanlının həbsinə ənənəvi “siyasi don” geyindirməyə çalışan Əli Kərimli müavininin müdafiəsinə qalxmaqla açıq şəkildə din iekstremizmin yanında olduğu göstərdi. Faktlar onu göstərir ki, F.Qəhrəmanlının həbsində, onun iğtişaş çağırışları etməsində birbaşa günahkar və sifarişçi Əli Kərimlinin özüdür. Bütün bu proseslərin arxasında o durur.

AXCP-də diktatura rejiminin hökm sürməsi gizli deyil. Bu düşərgədə Əli Kərimlinin icazəsi olmadan sosial şəbəkələrdə hansısa siyasi paylaşımlar etmək, hansısa müzakirələrə qoşulmaq, fikir bildirmək mümkün deyil. Bunu edənlər dərhal cəzalandırılır: ya partiyadan qovulur, ya da seks kaseti ilə şantaj edilərək susdurulur. Əli Kərimli partiyanın adi sıravi üzvlərinin belə profillərinə nəzarət edir, onları özbaşına addım atmağa qoymur. Bu konteksdə Fuad Qəhrəmanlının şəxsi səhifəsində və sahibi olduğu saxta profillərdə Nardaran sakinlərini iğtişaşlara çağıran statuslar yazması Əli Kərimlinin şübhəsiz ki, gözündən yayınmayıb. Çox güman ki, həmin çağırışların əsas tezisləri Kərimli tərəfindən verilib.



F.Qəhrəmanlının statusları çox aydın şəkildə dövlətçilik əleyhinə və vətəndaş qarşıdurmasına yönəlib. Bu çağırışlar Nardaran hadisələrindən sonra silsilə şəkilində davam edir.

Sual olunur: Əli Kərimli öz müavinini həbsə aparan çağırışların qarşısını niyə almırdı? Ona niyə dur demirdi?

Bu suala cavab tapmaq o qədər də çətin deyil. Birincisi, Əli Kərimli gözəl başa düşürdü ki, Fuad Qəhrəmanlının statusları cinayət xarakterlidir və o, bu əməlinə görə həbs ediləcək. Amma buna məqsədli şəkildə göz yumulur.

Əli Kərimli həbsindən sonra F.Qəhrəmanlı ilə fəxr etdiyini deyir. Əgər doğurdan da cənab Kərimli müavini ilə fəxr edirdisə, ona vaxtında xəbərdarlıq edib, qulaqburması verərdi. Bax, bu olsaydı Fuad Qəhrəmanlı indi həbsdə deyil, Əli Kərimlinin yanında olardı. Tam əksinə oldu. Əminlikdə demək olar ki, Kərimli Fuadın həbsini özü istəyib və qəsdən onun qarşısını almayıb.

Niyə?

Əli Kərimlinin məqsədi nə olub?




Fuad Qəhrəmanlının həbsində ikinci məqam daha çox diqqət çəkəndir. Əli Kərimli müavinin həbsindən iki məqsəd üçün yaralanmağa çalışır.

Birincisi, o, Qəhrəmanlının həbsi ilə nüfuzdan düşmüş partiyasına beynəlxalq dairələrin diqqətini cəlb etməyə çalışır. Kərimli bununla gündəmə gəlmək, müavininin həbsini iqtidarın AXCP-yə təzyiqi kimi bağlayıb Azərbaycanı gözdən salmaq niyyətindədir. Nəticədə Kərimli Qərbdəki himayədarları tərəfindən layiq olduğu mükafatı alacaq.

İkinci məqamda sədr kreslosunu itirmək qorxusu ilə yaşayan Kərimli daha bir müavinini sıradan çıxarmaqla təkbaşına partiyaya sahibləndi. Hiyləgər Kərimli partiya liderliyinə əsas iddialı olan F.Qəhrəmanlını qurban verməklə, bir güllə ilə iki quş ovlamış oldu.

Yuxarıda da qeyd etdiyimiz kimi, islamçı ekstremistlərlə iş birliyində olan F.Qəhrəmanlının həbsində onunla bərabər Əli Kərimli də günahkardır.

O, kurasiyasında olan “Azadlıq” qəzetində dərc olunan yazılarında, Facebook profilində dəfələrlə dini mövzulara toxunaraq, guya Azərbaycanda dindarların sıxışdırıldığını iddia edib. Dini tolerantlığın hökm sürdüyü ölkədə belə bir iddiada bulunmağın tək bir səbəbi var: dindarlara dəstək verməklə onları ayağa qaldırmaq və ölkədə qarşıdurmaq yarataq.

Planda əsas fiqur kimi F.Qəhrəmanlı irəli çəkilib.



Tanınmamış sədr mələk obrazından çıxış edərək müavininin həbsini pisləyir, onun azadlığa buraxılması arzusu ilə yaşadığını bəyan edir:

“Fuad bəyi nə dövlət əleyhinə çağırışlarına, nə də milli, irqi, sosial və ya dini düşmənçilik salmasına görə tuturlar. Fuad bəyi tam əksinə, dövlətini çox sevdiyinə, onu azad etmək istədiyinə, ölkəsində milli, dini bütövlük yaratmaq istədiyinə, rejimlə məhz dinc, lakin ardıcıl mübarizə apardığına görə tuturlar”.

Əli Kərimlinin ifşası...

Oktyabrın 24-də Fuad Qəhrəmanlı belə bir açıq-aşkar ekstremist xarakterli status yazıb. Burda həm xalqı təhqir edib, həm də qarşıdurmaya səsləyib:

“Yezidin yanında durub İmam Hüseyn üçün ağlayan azərbaycanlılar”



İnsan nə qədər kütbeyin olmalıdır ki, bu statusun mahiyyətini anlamasın.

***
Cənab Kərimli, sizcə, yuxarıda qeyd etdiymiz fikirlər vətənini, dövlətini sevən bir siyasətçinin dilindən səslənə bilərmi?

Əlbəttə, xeyr. Bu zaman hansı millətçilikdən danışırsınız?



Əli Kərimli daha sonra yazır ki, Fuad Qəhrəmanlı “dini bütövlük yaratmaq istədiyinə” görə həbs olunub. Orataya qoyulan faktlar bu iddianı da təkzib edir və Kərimli yenə gülünc duruma düşür.

Ölkədə cəmi beş-on nəfərin tanıdığı Fuad Qəhrəmanlının dini bütövlük yaratması nə demək? O siyasətçidir yoxsa, dindar? Yoxsa hələ də yerini müəyyən edə bilməyib.

Bu variant da sizi, xilas edə bilmədi, cənab Kərimli

***

AXCP rəhbərliyi Nardaran olaylarında Hacı Talehin terrorçu qruplaşmasına dəstək verməklə əli silahlı dindarlarla işbirliyində olduğu sübut etdi. Kərimli və komandası radikal dindarları qızışdırmaqla ölkədə silahlı üsyan, iğtişaşlar, hərc-mərclik yaratmaq niyyətində olub. Aparılan operatik tədbirlər nəticəsində AXCP-nin ekstremistlərlə iş birliyi ifşa oldu və bütün çirkin oyunların üstü açıldı...



Hazırda Əli Kərimlinin Hacı Tahelə əlaqəsi və onların gizli planları araşdırılır. Çox güman ki, cənab Kərimli intizarda çox qalmayacaq, yaxın illər ərzində “fəxr etdiyi” müavinin yanında olacaq.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti