Heydər Əliyev Hərbi Prokurorluqda anılıb
Tədbirdə Azərbaycan dövləti qarşısında tarixi xidmətləri olan Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.
Xanlar Vəliyev qeyd edib ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub.
Mərasim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


