Deputatdan komitə sədrinə irad: `Bu, nə söhbətdir?`

Deputatdan komitə sədrinə irad: `Bu, nə söhbətdir?`
  11 Dekabr 2015    Oxunub:6128
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iclasda iştirak etməyən deputatların məsələsini qaldırıb. O, toplantıya qatılmayan komitə üzvlərindən Zeynəb Xanlarova və Ülviyyə Həmzəyevanın adlarını çəkərək bu halın növbəti iclasda da davam edəcəyi halda parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi müraciət edəcəyini bildirib:

“Komitə üzvlərimizin sayında onsuz da məhdudiyyət var. Bunların da iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə sadəcə, xəbərdarlıq edirəm, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şikayət edəcəyəm”.

Komitə sədrinin xəbərdarlıq etdiyi xanım deputat Ülviyyə Həmzəyeva AzVision.az-a açıqlamasında əvvəlcədən iclasa gələ bilməyəcəyi haqda məlumat verdiyini bildirib.

“Mən əvvəlcədən nə üçün iclasa gələ bilməyəcəyimlə bağlı Milli Məclisə məlumat vermişdim. Bu, nə söhbətdir? Mən işimə məsuliyyətli insanam. Belə səhlənkarlığa yol vermərəm”

Millət vəkili Z. Xanlarova ilə əlaqə saxlamaq cəhdimiz alınmadı.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti