Azərbaycanlılar Türkiyədə aldadılır

Azərbaycanlılar Türkiyədə aldadılır
  28 İyun 2013    Oxunub:1567
Həmyerlilərimiz Türkiyədə əmlak almaq istəyərkən saxtakarlığın qurbanı olurlar
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Quşadası Əmlakçılar Dərnəyinin rəhbəri Müslüm İldırım deyib. Onun sözlərinə görə, daha çox Türkiyədə İran, Azərbaycan və Küveyt vətəndaşları ev alarkən aldadılır.

M.İldırım bildirib ki, bu hallara daha çox turizm bölgələrində rast gəlinir. “Barlarda işləyən ofisiantlar, turist rəhbərləri, bina mühafizəçkiləri də əmlak işlərinə baxırlar. Heç bir səlahiyyətə malik olmayan bu şəxslər keçən illərdə də Avropa ölkələrinin vətəndaşlarını hədəf almışdılar. İndi də gözlərini İran, Küveyt və Azərbaycan vətəndaşlarına dikiblər”.

S.İltifatqızı


Teqlər:  





Xəbər lenti