Vergidən yayınanlar cəzalandırılıb
Həmin gün Bakı şəhəri, Sabunçu rayonu, Daş karxanası ərazisində yerləşən, fiziki şəxs Əliyev Nahid Tapdıq oğlunun un məmulatlarının istehsalı ilə məşğul olduğu, ümumi sahəsi 200 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində keçirilmiş, operativ nəzarət tədbiri zamanı obyektdə içərisində fiziki şəxsin adı və ona məxsus olmayan başqa bir VÖEN göstərilmiş etiketlər olan 864 ədəd sellofan paketdə “Ruskaya Korona” adı ilə qablaşdırılmış makaron, vermişel, əriştə məhsulları, eləcə də 63 kisə un aşkar edilərək, müvafiq qaydada rəsmiləşdirilmişdir. Qeyd olunanlardan əlavə, vergi ödəyicisinin əmək qanunvericiliyini kobud şəkildə pozaraq, 6 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan onları işlərin yerinə yetirilməsinə cəlb etdiyi də aşkar olunub.
N.Əliyevin 30.10.2012-ci il tarixdən, E.Quliyevin isə 17.01.2015-ci il tarixdən vergi ödəyicisi kimi fəaliyyətlərini müvəqqəti olaraq dayandırmalarına baxmayaraq, aparılan araşdırmalar zamanı hər iki şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyətini davam etdirərək ilə məşğul olduğu, gəlir əldə etdiyi, vergi orqanına bəyannamə təqdim etmədiyi və dövlət büdcəsinə vergi ödəmədiyi müəyyən olunub.
Aşkar edilən vergi hüquqpozmaları ilə yanaşı, sözügedən istehsal sahələrində sanitar-gigiyenik normalara da riayət olunmadığı, obyektlərin hər yerində antisanitariya şəraitinin hökm sürdüyü müşahidə olunub.
Hər iki vergi ödəyicisinin istehsal və satış dövriyyəsini müəyyənləşdirmək üçün əhəmiyyət kəsb edən bir sıra qara mühasibatlıq sənədləri aşkar edilərək maddi sübut qismində götürülüb.
Paralel olaraq, həmin şəxslərin istehsal etdikləri malları müntəzəm olaraq alan bir qrup vergi ödəyicilərində də müvafiq tədbirlər keçirilmiş, adları yuxarıda göstərilən vergi ödəyicilərinə aid obyektlərdə istehsal olunub satışa verilmiş mallar nümunə kimi götürülmüş və onlar arasında mal dövriyyəsinin həcmi müəyyən edilmişdir. Tədbir zamanı aşkarlanmış qanun pozuntuları müvafiq qaydada rəsmiləşdirilmiş, barələrində mövcud qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.







Vaxtında, Aydın, Lazımlı!


