İtaliya prezidentindən Azərbaycana başsağlığı

İtaliya prezidentindən Azərbaycana başsağlığı
  11 Dekabr 2015    Oxunub:1526
İtaliya prezidenti Sergio Mattarella Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
AzVision.az -ın məlumatına görə, məktubda deyilir: "Xəzər dənizinin “Günəşli” neft yatağındakı platformada baş verən qəza nəticəsində insanların həyatlarını itirməsi, itkin düşməsi və xəsarət alması xəbərini dərin kədər hissi ilə qarşıladım.

İtkin düşən insanların axtarışının müsbət nəticələnəcəyinə ümid edir, Sizə, faciənin qurbanlarının ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm.

Zati-aliləri, bu hüznlü günlərdə Sizin yanınızda olduğumuzu və kədərinizə şərik çıxdığımızı bildirirəm".


Teqlər:  



Xəbər lenti